Qazaxıstan qadınlara və uşaqlara qarşı zorakılığa görə məsuliyyəti sərtləşdirib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qadın hüquqlarının və uşaqların təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı respublika qanunvericiliyinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Qadınlara və uşaqlara qarşı zorakılığın istənilən təzahürlərinə görə məsuliyyəti sərtləşdirən, həmçinin ailə institutunu və yetkinlik yaşına çatmayanların təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulan standartlar tətbiq edilir”,- deyə mətbuat xidməti Teleqram kanalında bildirir.

Mövsüm

Aznews.az