Aİ Ukraynaya enerji ilə özünü təmin etmək üçün yardım edəcək

Belçikanın energetika naziri Tinne Van der Straeten Aİ-nin enerji nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə deyib ki, Aİ Ukraynaya avadanlıq ötürmək niyyətindədir ki, ölkə öz enerjisini istehsal edə bilsin.

"Aİ enerji istehsalının qeyri-mərkəzləşdirilməsi məqsədilə Ukraynaya avadanlıq ötürəcək. Ukraynanın energetika naziri German Qaluşenko bizə Ukraynanın ehtiyacları barədə məlumat verəcək", - o deyib.

Onun sözlərinə görə, bu görüşə ukraynalı nazirlə yanaşı, Moldovanın energetika naziri və NATO nümayəndələri də dəvət olunub.

Belçikanın Aİ Şurasına sədrliyi tərəfindən təşkil edilən toplantıda xüsusi olaraq Ukrayna məsələsi müzakirə olunmayacaq. Danışıqlar Aİ ölkələrinin enerji müstəqilliyinin təmin edilməsinə həsr olunub. Görüş qeyri-rəsmidir, ona görə də ondan rəsmi qərarların çıxması gözlənilmir.

Mövsüm

Aznews.az