İsrail Qəzzada saxlanılan 150 fələstinlini azad edib

İsrail ordusu 27 oktyabr 2023-cü ildə Qəzza zolağına quru işğalı zamanı saxlanılan 150 fələstinlini azad edib.

Sözügedən fələstinlilərin təxliyyəsi Qəzza zolağının şərqindəki Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısı vasitəsilə həyata keçirilib.

Sərbəst buraxılanlar arasında Qəzzanın cənubundakı Xan Yunis şəhərində 50 gün əvvəl saxlanılan iki Fələstin Qızıl Aypara işçisi də var.

İsrail tərəfindən azad edilən 7 yaralı fələstinli müalicə olunmaq üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Əbu Yusuf Neccar xəstəxanasına aparılıb.

Mövsüm

Aznews.az