Danimarka Bağdad səfirliyini bağlayır

Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəldiyini açıqlayıb.

Danimarka Xarici İşlər Nazirliyi öz internet səhifəsində Bağdad səfirliyinin vəziyyəti ilə bağlı açıqlama verib.

Açıqlamada, NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına (NMI) töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatının sona çatdığı, lakin Kopenhagenin az sayda personalla NMI-yə töhfə verməyə davam edəcəyi ifadə edilib.

Bəyanatda Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin xidmət sahəsinin daraldığı qeyd edilib və əlavə edilib: “Bu səbəbdən Danimarka hökuməti səfirliyini 31 may 2024-cü il tarixindən etibarən bağlamağa qərar verib".

Mövsüm

Aznews.az