Myanmada daha 46 sərhəd polisi Banqladeşə sığınıb

Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən toqquşmalardan qaçan 46 sərhəd polisi Banqladeşə sığınıb.

Bh barədə “Dhaka Tribune” qəzetində dərc olunan xəbərdə qeyd edilib.

Xəbərə görə, qarşıdurma səbəbilə Banqladeş tərəfinə keçən Myanma sərhəd polisinin sayı 260 nəfər olub.

Həmçinin bildirək ki, Banqladeş hakimiyyəti fevralın 15-də ölkəyə sığınan 300-ə yaxın polis, əsgər, gömrük işçisi və onların ailə üzvlərini Myanmaya geri qaytarıb.

Mövsüm

Aznews.az