"Lufthansa" aprelin 30-dək Tehran və Beyruta reyslərini ləğv edib

Almaniya aviaşirkəti "Lufthansa" , İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşlarının aprelin 30-dək ləğv edildiyini açıqlayıb.

Alman hava yolu şirkəti "Lufthansa" tərəfindən verilən açıqlamada aprelin 30-na qədər Tehran və Beyruta uçuşların ləğv edildiyi, bu tarixə qədər İran hava məkanının şirkət tərəfindən istifadə edilməyəcəyi bildirilib.

Açıqlamada "Lufthansa"nın Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini daim izlədiyi və qiymətləndirdiyi və səlahiyyətlilərlə sıx əlaqədə olduğu vurğulanıb.

Həmçinin bildirək ki, şirkət bundan əvvəl aprelin 18-dək Tehran və Beyruta uçuşları ləğv etmişdi.

Mövsüm

Aznews.az