Pakistanda kamikadze Yaponiya vətəndaşlarına hücum edib

Pakistanın Kəraçi şəhərində kamikadze avtomobil hücumundan beş yapon işçi sağ qalıb.

Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

“Bir kamikadze partlayıcı jileti hücumdan möcüzəvi şəkildə sağ qalan yapon avtomexaniklərini daşıyan yük maşınının yanında işə salıb. Üç pakistanlı yaralanıb”, – Kəraçi polisi bildirib.

Telekanalın məlumatına görə, yaponlar Suzuki Motors avtomobil şirkətinin Pakistan filialının əməkdaşlarıdır. Hücum baş verən zaman beş işçi polisin müşayiəti ilə sənaye zonasına gedirmiş.

Mövsüm

Aznews.az