ABŞ Fələstin Dövlətinin BMT-yə üzvlüyünə veto qoyub

BMT-nin Fələstin dövlətinin tanınması təklifi ilə bağlı Təhlükəsizlik Şurasında keçirilən səsvermədə ABŞ veto hüququndan istifadə edərək fələstinlilərin təşkilata tam üzv olmasına mane olub.

Təhlükəsizlik Şurası cümə axşamı BMT-nin 193 üzvü olan Baş Assambleyaya "Fələstin dövlətinin BMT üzvlüyünə qəbul edilməsini" tövsiyə edən qətnamə layihəsinə veto qoyub.

Britaniya və İsveçrə bitərəf qaldığı halda, şuranın qalan 12 üzvü lehinə səs verib, ABŞ rəsmiləri digər dövlətlərin qətnamə layihəsinə etiraz edəcəyi təqdirdə Vaşinqtonun veto hüququndan istifadə etməkdən çəkinə biləcəyinə ümid ediblər.

ABŞ-nin BMT-dəki səfirinin müavini Robert Vud şurada deyib: “Birləşmiş Ştatlar iki dövlət həllini güclü şəkildə dəstəkləməyə davam edir”.

“Bu səsvermə Fələstin dövlətinə müxalifəti əks etdirmir, əksinə, bunun yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə oluna biləcəyini qəbul edir".

Fələstin prezidenti Mahmud Abbas açıqlamasında ABŞ-nin vetosuna “ədalətsiz, əxlaqsız və əsassız” sözləri ilə reaksiya verib.

Səsvermədən sonra çıxış edən Fələstinin BMT-dəki səfiri Riyad Mənsur, "Bu qətnamənin qəbul edilməməsi iradəmizi qırmayacaq və qətiyyətimizi məğlub etməyəcək. Səylərimizdən əl çəkməyəcəyik",-deyə bildirib.

İsrailin xarici işlər naziri İsrael Katz səsverməyə veto qoyduğu üçün ABŞ-ni tərifləyib.

Mövsüm

Aznews.az