“Baltikkonnektor” qaz kəməri təmirdən sonra istifadəyə verilib

Baltik dənizində “Balticconnector” qaz kəməri 2023-cü ilin oktyabrında baş vermiş qəza nəticəsində aparılan təmir işləri başa çatdıqdan sonra istismara verilib.

Bu barədə obyektin Finlandiyanın dövlət operatoru olan "Gasgrid Finland" şirkəti məlumat verib.

“Balticconnector-un kommersiya istifadəsi planlaşdırıldığı kimi bu gün, aprelin 22-də başladı”, - deyə şirkətin vebsaytında deyilir.

Orada verilən proqnoza görə, bazar ertəsi Estoniyadan Finlandiyaya magistral xətt üzrə təxminən 10 GVt/saat, əks istiqamətdə isə təxminən 70 GVt/saat kommersiya qazı ötürüləcək.