Macarıstan Aİ-nin Ukraynaya yardım üçün 2 milyard avro ayırmasına mane olmaq niyyətindədir

Macarıstan Ukraynaya silah təhvil verilməsi üçün Avropa Sülh Fondundan Avropa İttifaqı (Aİ) ölkələrinə 2 milyard avro ayrılmasına qarşıdır, çünki Kiyev macar şirkətlərinin Ukraynanın hərbi münaqişənin sponsorları siyahısında olmayacağına zəmanət verməmişdi.

Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto məlumat verib.

“Macarıstanın mövqeyi dəyişməzdir. Biz Ukraynanın Macarıstan müəssisələrinə qarşı ifritə ovuna son qoymayacağına dair təminat almayana qədər belə bir təkliflə razılaşmayacağıq”, - diplomat Aİ Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin Lüksemburqda keçirilən görüşündən sonra jurnalistlərə bildirib.

Mövsüm

Aznews.az