Aİ Ukraynanın vəziyyətinin pisləşməsinə yeni dünya müharibəsinə hazırlaşmaqla reaksiya verir -Peter Siyarto

Bütün Aİ ölkələri Ukrayna üçün cəbhə xəttində vəziyyətin pisləşdiyini etiraf edir, lakin Brüssel buna əlavə silah tədarükü ilə reaksiya verir ki, bu da münaqişənin genişlənməsinə və yeni dünya müharibəsinə gətirib çıxarır.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Siyarto Aİ xarici işlər və müdafiə nazirlərinin Lüksemburqda keçirilən görüşündə deyib: "Son iki ildə Ukrayna üçün vəziyyət demək olar ki, davamlı olaraq pisləşir və son bir neçə həftədə daha da pisləşib" .

Bununla belə, o vurğulayıb ki, Aİ Ukrayna ordusu üçün yeni silah tədarükünə çağırmaqla buna reaksiya verir, Macarıstan isə hesab edir ki, bu, münaqişənin sülh yolu ilə həllini getdikcə daha aktual edir.

Mövsüm

Aznews.az