Çin XİN ABŞ-ni Çin və Rusiya arasındakı münasibətləri ləkələməməyə çağırıb

ABŞ Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlərə müdaxiləni dayandırmalı və Amerika hökuməti Ukrayna böhranında öz məsuliyyəti barədə düşünməlidir.

Bu barədə Amerikanın dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin nümayəndəsi bildirib.

"Birləşmiş Ştatlar Çin və Rusiya arasında normal dövlətlərarası münasibətləri ləkələməməli, bloklar arasında qarşıdurma yaratmamalı və Çini günahlandırmamalıdır", - deyə nümayəndə qeyd edib.

O, həmçinin Vaşinqtonu Çin şirkətlərinə və fiziki şəxslərə qarşı birtərəfli sanksiyaları dayandırmağa çağırıb.

Mövsüm

Aznews.az