ABŞ Senatında Ukraynaya yardım üçün qanun layihələri paketi prosedur səsverməsindən keçib

Aprelin 23-də ABŞ Senatında Ukrayna , İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə ötürülməsi üçün müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri paketi prosessual səsvermədə qəbul edilib.

Yayım "Associated Press" tərəfindən həyata keçirilib.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, "Ağ Ev Senatın Ukraynaya yardım haqqında qanun layihəsini bu həftə qəbul edib prezident Co Baydenin imzasına təqdim edəcəyini gözləyir. Bundan sonra yardımın ayrılması açıqlanacaq”.

“Sizi əmin edə bilərəm ki, sənəd onun masasına çatan kimi o (Bayden - Red.) mümkün qədər tez imzalayacaq. Sizi əmin edə bilərəm ki, qısa müddət sonra Ukraynaya ilk hərbi yardım paketinin verildiyini görəcəksiniz”, - Kirbi bildirib.

Mövsüm

Aznews.az