- Dünyanın halı
- 8 May 14:23
- 2 475
Çin lideri səkkiz ildə ilk dəfə Serbiyaya rəsmi səfər edib
Çin Prezidenti Si Cinpin Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb.
Bu barədə "CCTV" kanalı məlumat yayıb .
“Serbiya Respublikasının Prezidenti Vuçiçin dəvəti ilə Sədr Si Cinpinin yerli vaxtla mayın 7-də Serbiyaya dövlət səfəri başlayıb. Bu səfər Prezident Si Cinpinin Serbiyaya son səkkiz ildə ikinci səfəridir”, - deyə nəşr yazıb.
Serbiyanın "Tanjuq" agentliyi əlavə edib ki, Si Cinpin mayın 7-də axşam Serbiyanın paytaxtı Belqrada gəlib və onu dövlət başçısı Aleksandr Vuçiç, baş nazir Miloş Vuçeviç və parlamentin sədri Ana Brnabiç təntənəli şəkildə qarşılayıblar .
Mövsüm
Aznews.az