Husilər üç dənizin sularında altı ticarət gəmisinə hücum etdiyini açıqlayıb

Yəmənin Husi Ənsar Allah hərəkatı Qırmızı, Ərəbistan və Aralıq dənizlərində 6 ticarət gəmisinə hücum edib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

"Yəmən Silahlı Qüvvələrinin dəniz, hava və raket qüvvələri 6 döyüş əməliyyatı keçirib", - onun Teleqram kanalında deyilir.

Sarianın sözlərinə görə, Qırmızı dənizdə pilotsuz təyyarələr, gəmi əleyhinə və ballistik raketlərdən istifadə etməklə üç əməliyyat həyata keçirilib.

Husi sözçüsü bildirib ki, Ərəb dənizində daha iki oxşar əməliyyat həyata keçirilib. Onların tərkibində Amerikanın “Alba” və “Maersk Hartford” gəmiləri hücuma məruz qalıb.

Mövsüm

Aznews.az