- Dünyanın halı
- 5 İyun 2024 19:30
- 3 451
Serbiya naziri: Belqrad heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Serbiya Avropa İttifaqı (Aİ) və ABŞ-ın təzyiqi altında belə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Bu barədə respublikanın yeni hökumətinin naziri Nenad Popoviç danışıb.
“Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Hökumətimiz hələ 2022-ci ilin fevralında bu məsələ ilə bağlı mövqe tutmuşdu və heç bir təzyiq, hətta daimi və güclü olsa da, dəyişməyib və dəyişməyəcək”, - o, vurğulayıb .
Eyni zamanda o qeyd edib ki, Aİ Serbiyanı sanksiyalar siyasətinə cəlb etməyə çalışır.
Mövsüm
Aznews.az