Hizbullahdan İsrailə xəbərdarlıq... "Cənuba qaç"

7 oktyabr 2023-cü ildən Qəzzanı qan gölünə çevirən İsrail hücumlarını ləngitmədən davam etdirərkən, Yaxın Şərqdə diqqətçəkən inkişaflar yaşanır.

Hizbullahın Təl-Əvivə hücumlarından sonra İsrail ordusunun Hizbullah lideri Həsən Nəsrullahın köməkçisini öldürdüyü iddia edilib.

Bu çərçivədə Livan hesabları və xəbər saytları Yaxın Şərqdə yeni müharibənin 24 saat ərzində başlayacağını bildirir.

Hizbullah İsraili hədələyərək, “Əgər sağ qalmaq istəyirsənsə, cənuba qaç” deyib.

Mövsüm

Aznews.az