Çin: "Filippin təchizat gəmisi Çin gəmisinə çırpıldı"

Cənubi Çin dənizində Çin və Filippin arasında gərginlik davam edir.

Çin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Filippin təchizat gəmisinin Cənubi Çin dənizindəki İkinci Tomas Şol yaxınlığında qeyri-qanuni üzdüyünü bildirilib.

Açıqlamada Filippin gəmisinin Çin Sahil Mühafizəsi gəmisinə yaxınlaşaraq onu yüngülcə vurduğu qeyd edilib.

Çin Sahil Mühafizəsi Filippin təchizat gəmisinin xəbərdarlıqlara məhəl qoymadığını vurğulayıb.

Mövsüm

Aznews.az