Nüvə silahlarına xərclər artır

Qlobal miqyasda nüvə silahına nə qədər xərcləndiyi ilə bağlı araşdırma aparılıb.

Nüvə silahlarına qlobal xərclərin 2023-cü ildə 13 faiz artaraq rekord həddə - 91,4 milyard dollara çatdığı təxmin edilir.

Əvvəlki illə müqayisədə cəmi 10,7 milyard dollar artan xərclər, əsasən Rusiyanın Ukraynaya hücumları və İsrailin Qəzzanı bombalaması fonunda ABŞ-nin müdafiə büdcələrinin kəskin şəkildə artması fonunda həyata keçirilib.

Araşdırmaya görə, dünyada nüvə silahına malik 9 ölkənin hamısı çoxlu pul xərcləyir.

Birinci yerdə 51,5 milyard dollarla ABŞ qərarlaşıb. Çin 11,9 milyard dollar xərclədiyi halda, Rusiya 8,3 milyard dollar xərcləyib.

Rusiyanı müvafiq olaraq İngiltərə, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya izləyir.

Mövsüm

Aznews.az