Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar iyunun 25-ə təyin edilib

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin hamısı Ukrayna və Moldova ilə icmaya qoşulmaq üçün danışıqların başlama tarixini təsdiqləyərək iyunun 25-nə təyin edib.

Bu barədə iyunun 21-də "Agence France-Presse" ( AFP ) məlumat yayıb.

Nəşr qeyd edib ki, danışıqların başlanması tarixi Lüksemburqda Avropanın maliyyə nazirləri arasında razılaşdırılıb. Belə ki, departament rəhbərləri Avropa ölkələrinin səfirləri arasında əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləyiblər.

Mövsüm

Aznews.az