Nigeriyada Boko Haram tərəfindən girov götürülən 99 nəfər xilas edilib

Çad Gölü bölgəsi üzrə üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama X hesabında yazdığı yazıda ordunun Borno əyalətindəki Sambisa meşəsində gizlənən Boko Haram üzvü terrorçulara qarşı əməliyyatlar aparıldığını bildirib.

41-i qadın olmaqla 99 girov xilas edilib

Qurum qeyd edib ki, əməliyyatlar zamanı “Boko Haram” tərəfindən girov götürülən 41-i qadın olmaqla 99 nəfər xilas edilib.

2014-cü ildə Boko Haram tərəfindən həyata keçirilən məktəb basqını zamanı girov götürülən qız şagirdlərdən birinin və iki uşağın xilas edilənlər arasında olduğunu bildirən Makama, uşaqların qidalanmadığını və travma keçirdiyini bildirib.

Mövsüm

Aznews.az