- Dünyanın halı
- 17 İyul 2024 20:51
- 3 101
Misir Qəzzada atəşkəs üçün İsrailə təzyiq göstərməyə çağırır

Misir Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsrailə təzyiq etməyə çağırır.
Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Bədr Abdulati ilə almaniyalı həmkarı Annalena Burbok arasında telefon danışığı olub.
Misir-Aİ əlaqələrinin yaxşılaşdırılmasında və Misir-Aİ İnvestisiya Konfransında əldə edilən nailiyyətlərə əsaslanaraq Almaniyanın dəstəyini gözlədiklərini ifadə edən Abdulati Qəzzada atəşkəs üçün danışıqlar prosesinə ölkəsinin dəstəyindən danışıb.
Misirli nazir “BMT Təhlükəsizlik Şurasının müharibənin dayandırılması və humanitar yardımın ölkəyə daxil olmasını təmin edən qətnamələrinin tam yerinə yetirilməsi üçün İsrail hökumətinə təzyiq göstərməyin vacibliyinə” işarə edib.
Mövsüm
AzNews.az