The Times: Ukrayna Hollandiyadan altı F-16 qırıcısı alıb

Niderland altı F-16 qırıcısını Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verib.

Bu barədə "Times" qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Niderlanddan qırıcıların çatdırılması başa çatıb, lakin Ukrayna Silahlı Qüvvələri də yaxın vaxtlarda Danimarkadan F-16-lar gözləyir.

Qəzet qeyd edir ki, Niderlandın müdafiə naziri Kaisa Ollonqren iyulun 1-də yazdığı məktubda ölkə parlamentinə “ilk qırıcının tezliklə təhvil verilməsi” barədə məlumat verib.

Mövsüm

Aznews.az