Qazaxıstanda 4 nəfər qarayaraya yoluxdu

Qazaxıstanın Almatı vilayətinin Uyğur rayonunun dörd sakinində qarayara xəstəliyinə yoluxma şübhəsi var.

Bu barədə vilayət administrasiyasının saytında məlumat verilib.

İlkin məlumatlara görə, xəstələrin yoluxmuş kənd heyvanları ilə təması olub. Onlar baytarlıq müayinəsindən keçmədən mal-qaranın kəsilməsində iştirak ediblər.

“Respublika Baytarlıq Laboratoriyası bioloji məhsulların mikroskopiyasından və polimeraza zəncirvari reaksiyadan (PZR) istifadə etməklə əldə edilən materialların tədqiqi aparılıb”, - nəşrdə deyilir.

Mövsüm

AzNews.az