- Dünyanın halı
- 14 Oktyabr 20:20
- 2 089
Çin Tayvanı əhatə edən hərbi təlimləri dayandırıb
Çin, suverenlik mübahisəsi olan Tayvanı əhatə edən hərtərəfli hərbi təlimini başa vurduğunu açıqlayıb.
Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü Li Xi, quru, hava, dəniz və raket qüvvələrinin iştirak etdiyi "Birgə Qılınc-2024B" adlı təlimin dayandırıldığını açıqlayıb.
Komandanlığa bağlı bütün birliklərin hər zaman tətikdə olduğunu bildirən Li, Tayvanın müstəqilliyinə cəhdlərin qarşısını almaq üçün gərgin təlimlərə davam edəcəklərini bildirib.
Li vurğulayıb ki, qoşunların həqiqi döyüş qabiliyyətlərini yoxlamaq məqsədi daşıyan təlimin məqsədi Tayvanın müstəqilliyini müdafiə edən ünsürlərə qarşı "güclü çəkindirmə" mesajı verməkdir.
Tayvanı şimaldan, cənubdan və şərqdən mühasirəyə alaraq, kritik limanları bağlayaraq adanı faktiki olaraq blokadaya alan təlim gecə saatlarında başlayıb.
Çinin Liaoning təyyarə gəmisinin də qatıldığı təlimdə döyüş təyyarələri və gəmilər adada müxtəlif istiqamətlərdən birgə hücum təlimləri keçirib.
Mövsüm
AzNews.az