İsrail Yəmənin paytaxtına hücum edib

İsrailin Yəmənin paytaxtında, o cümlədən aeroportdakı hədəflərə endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə Husi hökumətinin Səhiyyə Nazirliyinə istinadən "Almasirah" telekanalı məlumat yayıb.

“İsrailin Səna hava limanında, Əmran sement zavodunda, Əsr bölgəsində və Xızıyaz elektrik stansiyasında təcavüzü nəticəsində 3 nəfər ölüb, 38 nəfər yaralanıb”, – nəşr öz Telegram kanalında yazıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanının " Əl Ərəbiyyə" telekanalının məlumatına görə , İsrail Hərbi Hava Qüvvələrinin Yəmən paytaxtının beynəlxalq hava limanına endirdiyi zərbələr nəticəsində ən azı üç "Yemenia Airways" təyyarəsi zədələnib.

Mövsüm

Aznews.az