Yonhap: Cənubi Koreyaya məxsus hərbi-dəniz təyyarəsinin bütün heyəti qəzaya uğrayıb

Qəzaya uğrayan Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus P-3 Orion patrul təyyarəsinin göyərtəsində olan bütün heyət həlak olub.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

"Mayın 29-da Şimali Gyeongsangbuk-do əyalətinin Pohang şəhərində qəzaya uğrayan dəniz patrul təyyarəsinin göyərtəsində olan dörd nəfərin hamısı ölü tapılıb", - məlumatda deyilir.

Təyyarədə bir mayor, bir kapitan və iki kiçik zabitin olduğu dəqiqləşdirilir. Nəşrin məlumatına görə, qəzadan sonra təyyarənin alışması nəticəsində cəsədlərdən bəziləri xəsarət alıb.

Mövsüm

Aznews.az