- Dünyanın halı
- 5 İyun 21:09
- 2 215
Si Cinpin ABŞ-yə Tayvan məsələsində daha diqqətli olmağa çağırıb

Vaşinqton Tayvan məsələsinə daha diqqətlə yanaşmalıdır ki, bu, Çin Xalq Respublikası (ÇXR) ilə ABŞ arasında təhlükəli münaqişəyə səbəb olmasın.
Bunu ÇXR sədri Si Cinpin Amerika lideri Donald Trampla telefon danışığı zamanı deyib.
Çin Mərkəzi Televiziyası ( CCTV ) onun sözlərindən sitat gətirib: "Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini müdafiə edən çox kiçik separatçı elementlərin Çin və ABŞ-ni təhlükəli münaqişə və qarşıdurma vəziyyətinə sürükləməsinin qarşısını almaq üçün Tayvan məsələsinə ehtiyatla yanaşmalıdır" .
Tramp da öz növbəsində ABŞ-nin tək Çin siyasətini davam etdirəcəyini qeyd edib. Amerika liderinin sözlərinə görə, Vaşinqton və Pekin arasında münasibətlər çox vacibdir.
Mövsüm
Aznews.az