- Ermənistan və Gürcüstan
- 6 İyun 20:09
- 2 794
Nikol Paşinyan Azərbaycana təbrik göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib.
AzNews.az xəbər verir ki, Paşinyan bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”, - deyə paylaşımda qeyd olunub.