- Dünyanın halı
- 5 İyun 21:32
- 1 487
Kim Çen In Rusiyaya qeyd-şərtsiz dəstək verəcəyini vəd edib

Şimali Koreya lideri Kim Çen In Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyanın paytaxtı Pxenyana səfəri ilə bağlı açıqlama verib.
Bəyanatda deyilir ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını müzakirə ediblər.
Görüş zamanı Kim Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün mühüm beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bildirib.
Şimali Koreya lideri Kim Çen In dünən Pxenyanda Şoyqunu qəbul edib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən açıqlamada tərəflərin Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq məsələləri də müzakirə etdiyi bildirilib.
Mövsüm
Aznews.az