- Dünyanın halı
- 11 İyun 14:38
- 1 782
Çin ABŞ ilə ticarət müharibəsi aparmaq istəmədiyini bildirib

Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenq bildirib ki, Çin ABŞ ilə iqtisadi əməkdaşlığa üstünlük verir və ticarət müharibəsi aparmaq istəmir, lakin eyni zamanda qarşıdurmadan qorxmur.
Londonda ABŞ-Çin danışıqları çərçivəsində keçirilən görüşdə o, “Ticarət müharibəsində qalib yoxdur, Çin [ABŞ ilə] döyüşmək istəmir, lakin döyüşməkdən də qorxmur” deyib.
Siyasətçinin fikrincə, iqtisadi qarşıdurma baş verərsə, bundan hər iki tərəf zərər görəcək.
Mövsüm
Aznews.az