İsrail İranın iki mərmisinin Qəzza yaxınlığında düşdüyünü etiraf edib - YENİLƏNİB

İsrail Müdafiə Qüvvələri (İMQ) iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib.

Aznews.az xəbər verir ki, iki mərmi Qəzza sektorunda sərhəd bölgəsində düşüb.

Mərmilər açıq əraziyə düşdüyü bildirilir. Xəsarət alan olmayıb.

10:28

İranın “Arash” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub.

Aznews.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar plkənin şimalında bir sıra bölgələrdə hava hücumu həyəcanı xəbərdarlığı elan etmişdi.