Katz: Xamneyi kimi bir "diktator" mövcud ola bilməz

İsrailin müdafiə naziri İsrael Katz İran lideri Əli Xamneyini öldürməklə hədələyib.

İsrail mətbuatında yer alan xəbərə görə, Katz bu səhər İranın cavab hücumuna məruz qalan Tel-Əviv yaxınlığındakı Holon şəhərində jurnalistlərə açıqlama verib.

İran lideri Xamneyini öldürməklə hədələyən Katz “Xamneyi kimi bir “diktator” varlığını davam etdirə bilməz” deyib.

Katz bu səhər verdiyi açıqlamada da İrana hücumların məqsədinin "Tehran administrasiyasını zəiflətmək" olduğunu bildirib.

Müdafiə naziri bildirib ki, baş nazir Benyamin Netanyahu və İsrail ordusu onlara “Tehran administrasiyasını zəiflətmək üçün” İrana hücumları artırmağı tapşırıb.

Mövsüm

Aznews.az