Antalyada 15 kilo heroin ələ keçirildi

Türkiyədə Antalyanın Kəpəz rayonunda keçirilən narkotik əməliyyatında 15 kiloqram heroin ələ keçirilib və şübhəli şəxs həbs edilib.

Valilikdən edilən şərhə görə, Bölgə Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Büro Komandirliyi qrupları narkotiklərin qaynağının aradan qaldırılması, ticarəti və istifadəsinin qarşısının alınması üçün çalışıb.

M.O. haqqında məlumat əsasında əməliyyat keçirilib.

Şübhəlinin yaşadığı ünvanda aparılan axtarışda 15 kilo heroin, tərəzi və bir qədər pul ələ keçirilib.

Nəzarətə alınan M.O., təhlükəsizlik əməliyyatlarından sonra sövq edildiyi ədliyyə orqanları tərəfindən həbs edilib.

Mövsüm

Aznews.az