- Qərb
- 19 İyun 23:24
- 798
Almaniya İsrailə 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib

Almaniyanın yeni hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizə Nazirliyi hökumətin 7 may-10 iyun tarixləri arasında İsrailə alman istehsalçılarına 3 milyon 986 min avro dəyərində silah tədarük etməsinə icazə verdiyini açıqlayıb.
Digər tərəfdən, Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışı 2024-cü ildə 161,1 milyon avroya çatmışdı.
Hökumət 2023-cü ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışını təsdiqləmişdi.
2023-cü ildə Almaniyanın İsrailə silah və hərbi texnika satışı 2022-ci ilə nisbətən 10 dəfə artıb.
Almaniyada silah ixracına Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal Ofisin (BAFA) iştirakı ilə qərar verilir.
Xüsusilə həssas hallarda, baş nazir və digər nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası qərar verə bilər.
Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı heç bir açıqlama verilmir.
Mövsüm
Aznews.az