- Dünyanın halı
- 21 İyun 20:38
- 1 335
Braziliyada hava şarı qəzaya uğrayıb: ölənlər var

Braziliyanın cənubunda göyərtəsində 22 sərnişinin olduğu isti hava şarının qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.
CNN-in bu barədə ştatın qubernatoru Jorginho Melloya istinadən verdiyi məlumatda qeyd edilib.
Məqalədə deyilir: "Braziliyanın cənubundakı Santa Katarina bölgəsində isti hava şarının qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub", - deyə yerli qubernator bildirib.
Hazırda xilasedicilər sağ qalanları axtarır; Balonun göyərtəsində 22 nəfər olub.
Mövsüm
Aznews.az