İsrail ordusu Tehrandakı hərbi obyektlərə silsilə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri (IAF) İranın paytaxtı Tehranda hərbi infrastruktura yeni zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə silsilə zərbələr endirib”, - Teleqram kanalında deyilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti də bəyan edib ki, İran tərəfi bütün İsrail ərazisinə kamikadze pilotsuz uçan aparatlar və raketlərlə hücum edib.

Mövsüm

Aznews.az