Ohayoda yüngül təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Cessna 441 yüngül təyyarəsi Ohayo ştatının Trumbull qraflığında Howland şəhəri yaxınlığında qəzaya uğrayıb.

Fox 8 yerli hakimiyyət orqanlarına istinadən bu barədə məlumat yayıb.

Təyyarə bazar günü səhər qəzaya uğrayıb. Təyyarədə olan altı nəfərin hamısı, o cümlədən iki ekipaj üzvü və dörd sərnişin həlak olub.

“Rəsmilər həmçinin təyyarənin havaya qalxdıqdan cəmi 7 dəqiqə sonra sıx meşəlik ərazidə qəzaya uğradığını təsdiqləyiblər”, - nəşr yazır.

Mövsüm

Aznews.az