- Üçüncü sektor
- 16:27
- 955
Laçında təlim keçirilib

“Bərəkət” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihə çərçivəsində Laçında təlimlər təşkil edib.
AzNews.az xəbər verir ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayış evlərində və ictimai binalarda damüstü günəş panellərinin tətbiqinin iqtisadi və ekoloji üstünlüklərini müəyyən etməkdir. Bu barədə İctimai Birliyin sədri Niyazi Həsənov məlumat verib.
2025-ci il iyunun 24-25-də Laçın şəhərində və Zabux kəndində keçirilən təlimlərdə 40-dan çox yerli sakin iştirak edib. Təlimlərdə iştirakçılara alternativ enerji mənbələrinin ev təsərrüfatlarında tətbiqi ilə bağlı bilik və bacarıqlar təqdim olunub. Eyni zamanda, bu texnologiyaların ekoloji və iqtisadi üstünlükləri vurğulanıb.
Təlim iştirakçıları yaşıl enerji texnologiyalarının geniş tətbiqi üzrə praktiki tövsiyələrlə də tanış olublar.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
AzNews.az