- Pullu iş
- 16:24
- 962
Azərbaycan tomat ixracından gəlirini 5 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 113,8 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.
Təkcə mayda isə Azərbaycan 39,1 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,55 % çoxdur.
5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.