Çin XİN insidentlə bağlı Almaniyanın ittihamlarını rədd edir

Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki Aspides dəniz missiyası zamanı Çin hərbçilərinin alman təyyarəsini lazerlə hədəf aldığı iddia edilən Almaniya xəbərləri yalandır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bu barədə bildirib.

"Almaniya tərəfinin verdiyi məlumatlar Çinə məlum olan faktlarla tamamilə ziddiyyət təşkil edir",- deyə "Guancha" nəşri onun sözlərinə istinad edərək yazır.

Mao Ninq vurğulayıb ki, Çin Hərbi Dəniz Qüvvələri Ədən körfəzinin Somali sularında müşayiətçilərlə təmin edib və beynəlxalq su yollarının təhlükəsizliyini təmin edib. Onun sözlərinə görə, Pekin Berlin və bütövlükdə Avropa tərəfi ilə yaxşı əlaqə saxlayıb.

Mövsüm,

AzNews.az