Cənubi Koreyada daşqın: Ölənlərin sayı 18-ə çatıb

Cənubi Koreya ölkənin mərkəzi hissələrində, xüsusilə Chungcheong və Gyeonggi əyalətlərində güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələrinin yaralarını sağaltmaq üçün mübarizə apararkən, fəlakətin qurbanları da getdikcə artır.

Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində daşqın və sürüşmə nəticəsində həyatını itirənlərin sayı 18 nəfərə çatıb.

9 nəfərin axtarışları davam edir

İtkin düşən 9 nəfərin axtarışlarının davam etdiyi bildirilərkən, 9887 təsərrüfatda yaşayan 14166 nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib.

Ən azı 1999 ictimai binaya və 2238 özəl mülkə maddi ziyan dəyib.

Mövsüm,

AzNews.az