- Dünyanın halı
- 14:28
- 1 097
Filippindəki etirazlarda 216 nəfər həbs edilib

Filippində antikorrupsiya nümayişləri zamanı azyaşlılar da daxil olmaqla 216 nəfər həbs edilib.
Bu barədə The Manila Times ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
“Avtomobilləri yandırmaq, daş və “Molotov kokteyli” atmaq, yaxınlıqdakı moteli qarət edən 216 nəfər, o cümlədən azyaşlılar həbs edilib”, - məlumatda deyilir.
Daxili işlər naziri Xuanito Remulla etirazçıları “anarxistlər” adlandırıb. O, iğtişaşları Nepal və İndoneziyadakı zorakı etirazlarla müqayisə edib.
Mövsüm,
AzNews.az