- Dünyanın halı
- 9 Oktyabr 22:41
- 3 805
BMT: Qəzzaya lazım olan humanitar yardımın 20 faizindən azı çatdırılır

Hazırda Qəzza sektoruna göndərilən humanitar yardımın həcmi zəruri olan miqdarın 20 faizindən də azdır.
Aznews.az xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə baş katibinin müavini Tom Fletçer məlumat verib.
“Ola bilsin ki, biz hazırda çatdırmalı olduğumuz yardımın 20 faizindən də azını göndərə bilirik. Bizə yüzlərlə yük maşınının Qəzzaya daxil olması lazımdır”, - o bildirib.
Fletçer qeyd edib ki, Qəzza sektorunda atəşkəs əldə edildikdən sonra BMT yardım tədarükünü gündə yüzlərlə yük maşınına qədər artırmağı planlaşdırır.