- Fanat
- 4 Oktyabr 21:37
- 1 370
III MDB Oyunları: Kamandan oxatma yarışlarında bu gün 4 komanda finala yüksəlib

III MDB Oyunlarının kamandan oxatma üzrə yarışlarında finala yüksələn komandalar müəyyənləşib.
Aznews.az xəbər verir ki, qızlarin yarışında Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədov və Fatimə Hüseynlidən ibarət komanda 1/4 finalda Tacikistanı 5:3 hesabı ilə məğlub edib.
Yarımfinalda isə Rusiyaya 2:6 hesabı ilə uduzub.
Beləliklə final mərhələsində Rusiya, Özbəkistan, Qazaxıstan və və Belarusun qız və oğlanlardan ibarət komandaları mübarizə aparacaq. Azərbaycanın qadınlardan ibarət yığması isə bürünc medal uğrunda Belarusla üz-üzə gələcək.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda baş tutan kamandan oxatma yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
Aznews.az