- Dünyanın halı
- 24 Oktyabr 23:20
- 1 563
Maduro ABŞ ilə gərginliyin artması fonunda sülhə çağırır
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa ingilis dilində müraciət edərək, onu Karakasa qarşı hərbi əməliyyatlardan əl çəkməyə çağırıb.
Bu müraciət Venesuelanın paytaxtında həmkarlar ittifaqının mitinqi zamanı lentə alınıb və Firstpost YouTube kanalında yayımlanıb.
Maduro ingilis dilində deyib: "Mən əbədi olaraq, heç bir çılğın müharibə olmadan sülh istəyirəm".
Venesuela lideri onun tələffüzünə də zarafat edib və bunu “Tarzanın ingiliscəsi” adlandırıb. Maduro Amerika hərbçilərinin Karib dənizində Venesuela sərhədləri yaxınlığında yerləşdirilməsini əsas gətirərək Vaşinqtonun Karakasa qarşı psixoloji müharibə apardığını iddia edib. Bu bəyanat iki ölkə arasında gərginliyin artması fonunda verilib.
Mövsüm,
AzNews.az