- Dünyanın halı
- 17:12
- 1 562
Filippində iki güclü tayfun nəticəsində ölənlərin sayı 297 nəfərə çatıb
Filippində “Kalmaegi” və “Funq Vonq” super tayfunu nəticəsində ölənlərin sayı 297 nəfərə çatıb.
Filippin Xəbər Agentliyi (PNA) bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasına (NDRRMC) istinadən məlumat yayıb.
Son məlumatlara görə, Kalmaegi qasırğası 269 nəfərin həyatına son qoyub, onların çoxu Sebu əyalətində, Neqros adasında, Qərbi və Şərqi Visayas bölgələrində aşkar edilib. Daha 523 nəfər yaralanıb, 113 nəfər hələ də itkin düşüb.
“Funq Vonq” super tayfununa gəlincə, 28 nəfərin öldüyü, əksəriyyətinin Luzonun şimalındakı İfuqao əyalətində tapıldığı, 52 nəfərin yaralandığı, daha iki nəfərin isə hələ də itkin düşdüyü bildirilir.
Ölkənin Mülki Müdafiə Agentliyi zərərçəkənlərə və zədələnmiş evlərin bərpasına təqribən 838,5 milyon PHP məbləğində yardım göstərilməsini əmr edib.
Mövsüm,
AzNews.az