- Göz önü
- 18:20
- 1 175
STEAM geniş təhsil platformasına çevrilib - BDU-nun rektoru
"Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində bu il də yüzlərlə şagirdin elm, texnologiya və yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi qürurvericidir. Artıq 5 ildir ki, bu festival ölkəmizdə innovativ düşüncənin, komanda işinin və müasir kompetensiyaların inkişafına mühüm töhfə verir".
Bu barədə BDU-nun rektoru Elçin Babayev açıqlama verib. O, deyib:
"STEAM ekosistemi qısa müddətdə ölkənin 400-dən çox məktəbini və 300 mindən çox şagirdini əhatə edən geniş bir təhsil platformasına çevrilib. Bu festival yalnız bilik yarışması deyil, gələcəyin innovatorları üçün böyük bir imkan meydanıdır.
BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin də təmsil olunduğu Festivalda 8-ci sinif şagirdimiz Nazirə Kərimli və 5-ci sinif şagirdimiz Harun Əlizadə “Mexatronika” və "RoboGames Kids" kateqoriyaları üzrə final mərhələsinə vəsiqə qazanıblar. Şagirdlərimizi və müəllimlərimizi ürəkdən təbrik edir, onlara finalda uğurlar arzulayıram!
Uğurlarımız bol olsun!"
AzNews.az