- Paytaxt
- 12:41
- 1 169
Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinə tamhüquqlu üzvlüyünün əhəmiyyəti açıqlanıb
Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinə tamhüquqlu üzvlüyünün əhəmiyyəti açıqlanıb.
Aznews.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvlüyü barədə qərardan danışarkən bildirib ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb. Bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri də genişlənir.
"Bizim fərqli geosiyasi kimliklərimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsubdur. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar Azərbaycan üçün yeni, Prezidentin müəyyən etdiyi xarici siyasət konsepsiyasında aktiv siyasətin yürüdülməsi üçün imkanlar vəd edir. Ona görə də bu format ilk növbədə Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında iqtisadi, ticarət, humanitar, mədəni əlaqələrin, həmçinin nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir”, - deyə Hikmət Hacıyev bildirib.
AzNews.az