- Dünyanın halı
- 7 Dekabr 16:05
- 1 905
İsrailin Baş naziri və Almaniya kansleri Qüdsdə görüşüblər
İsrailin Baş naziri Binyamin Netanyahu və Almaniya kansleri Fridrix Merts Qüdsdə Baş nazirin Dəftərxanasında geniş tərkibli görüş keçiriblər.
Aznews.az xəbər verir ki, onlar səhər tezdən təkbətək görüş keçiriblər.
Baş nazirin Dəftərxanasından verilən məlumata görə, geniş tərkibli görüşdə müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Müdafiə Nazirliyinin baş direktoru general-mayor (təqaüdçü) Amir Baram, hər iki ölkənin səfirləri və digər şəxslər iştirak edirlər.
Əlavə məlumat verilmir.